Bakıda kirayə evlər

Xəritələr yüklənir

Bakıda kirayə evlər

Bakıda kirayə evlər

Saytımıza daxil olmaqla, həm mənzillərinizi kirayə vermək üçün müraciət edə, həm də kirayə mənzil axtaran şəxslər burada mövcud olan kirayə verilən mənzillərlə tanış olub, müvafiq mənzili tapa bilərlər.

Ümumi məlumat üçün bildiririk ki, rəsmi statistikaya görə, Azərbaycanda 2018-ci ilin aprel ayında kirayə bazarında qiymətlər ucuzlaşsa da, yay girərkən və xüsusilə də yay mövsümü bitdikdən sonra bahalaşma qeyd olunur. Yayın girməsi ilə, təkcə mənzillər deyil, həmçinin bağ evlərinin də kirayə qiymətləri qalxmışdır. Bu da həm yerli vətəndaşların, həm də əcnəbilərin bu evləri kirayə götürüb orada istirahət etmələri ilə bağlıdır. Yay mövsümü bitdikdən sonra, tələbələrin yeni dərs ilinə başlaması ilə əlaqədar da kirayə mənzil bazarında qıtlığa səbəb olmuşdur.

Bakının mərkəzi hissəsində mənzillərin kirayəsi kənara nisbətən yüksəkdir. Həmçinin kənar ərazilərdə metro stansiyalarına yaxın yerlərdə də qiymətlər digər ərazilərə nisbətən bahadır. Bu da lazımi yerə metro ilə daha rahat və tez bir zamanda getmək imkanı ilə izah olunur.

Buna görə də, veb səhifəmizdə mənzillərin kirayəsi üçün müvafiq seçimləri edib, həm istədiyiniz şəhər və rayonda, həm də Bakı şəhərində müvafiq metrostansiyanın yaxınlığında axtara bilərsiniz.

Mənzillərin kirayəsi zamanı müvafiq qaydada müqavilə bağlanılır və mövcud kommunal xərclər, yəni su, qaz, elektrik və digər xərclər kirayəyə götürənin üzərinə düşür. Kirayəyə götürən mənzili təhvil aldığı formada geri təhvil verməyi öhdəsinə götürür.

Ən ucuz və ən münasib mənzillərin kirayəsi ilə bizim veb səhifədə tanış ola, daha ətraflı isə saytımızda göstərilən nömrələrlə əlaqə saxlaya bilərsiniz.

Thanks!

Currency Converter AZN/USD: Fri, 29 Mar.