Daşınmaz əmlak, ev alqı satqısı elanları Bakı, Azərbaycan

Daşınmaz əmlak, ev alqı satqısı elanları Bakı, Azərbaycan

Daşınmaz əmlak, ev alqı satqısı elanları Bakı, Azərbaycan

Azərbaycan Respublikası, Bakı şəhərində yerləşən Daşınmaz əmlak şirkətimiz Azərbaycan Respublikası ərazisində daşınmaz əmlakın alqı-satqısını yerinə yetirir. Bununla yanaşı daşınmaz əmlakın icarəsi, idarə olunması  və əmlakla bağlı digər xidmətləri həyata keçirir.

Azeriamlak Daşınmaz əmlak şirkətinin yaranmasında əsas məqsəd həm yerli əhaliyə, həm də ölkəmizə səfərə gələn əcnəbi qonaqlara daşınmaz əmlakla bağlı müvafiq xidmətləri göstərməkdir. Şirkət həm Bakı şəhərində, həm də Azərbaycan Respublikasının digər regionlarında, xüsusən də turistlərin daha çox diqqət etdiyi Qəbələ, Quba, Gəncə və cənub bölgəsində mövcud olan mənzil, ev, villa, torpaq sahəsi və digər əmlak növlərini müştərilərə təqdim edir.

Alqı-satqı bölməsində daşınmaz əmlak əldə etmək istəyənlərə məhz satış üçün nəzərdə tutulan əmlak təqdim edilir. Orada parametrləri dəyişməklə, istədiyiniz seçimə uyğun daşınmaz əmlakı tapa bilərsiniz. İcarə bölməsində isə icarəyə verilən obyektlər, ofislər, yaxud kirayə verilən mənzil, ev, villalar barədə seçimlər təqdim edilir. Yeni layihələr bölməsində hələ tikintisi tam başa çatmamış binalar və mənzillər barədə məlumat verilir.

Daşınmaz əmlak, ev alqı satqısı elanları Bakı, Azərbaycan

Xidmətlər bölməsində Azeriamlak Daşınmaz əmlak şirkətinin sizlərə təqdim etdiyi xidmətlər öz əksini tapır. Buraya həm yerli əhaliyə, həm də əcnəbi vətəndaşlara göstərilən xidmətlər, məsələn aldığı daşınmaz əmlakın növbəti mərhələlərdə təmiri, icarəsi, yenidən satışı və s. barədə məlumatlar verilir.

Azərbaycan Respublikasının Bakı şəhərində Azeriamlak Daşınmaz əmlak şirkətinin ofisində daşınmaz əmlak sahəsi üzrə mütəxəssis hüquqşünasların da xidmətlərindən yararlana bilərsiniz.

Siz veb səhifəmizə daxil olub, Azərbaycanın istənilən bölgəsində mövcud olan daşınmaz əmlak alqı-satqı elanları ilə tanış ola bilərsiniz. Uyğun parametrləri seçib daşınmaz əmlak alqı-satqısı elanlarını tapa bilərsiniz.

Müvafiq əlaqə nömrələrini yığıb istədiyiniz daşınmaz əmlakla yaxından tanış ola və oranı əldə edə bilərsiniz. Saytımız bir neçə dildə, yəni Azərbaycan, ingilis, ərəb və rus dillərində tərtib edilib. Bu da, təbii ki, həm yerli vətəndaşlara, həm də əcnəbilərə öz bildiyi dillərə uyğun daşınmaz əmlak elanlarını tapmağa və onlarla tanış olmağa imkan verir. Şirkətimiz burada qeyd olunan dillərlə kifayətlənməyib, gələcəkdə onların sayını artırmağı da nəzərdə tutmuşdur.

Thanks!

Currency Converter AZN/USD: Tue, 19 Mar.